Papa Fransisk gürcü ifaçılara- siz gürcülərin yaxşı musiqi və şərabı var
Papa Fransisk gürcü ifaçılara- siz gürcülərin yaxşı musiqi və şərabı var

 

Papa Fransisk Müqəddəs Petre Məbədində ibadətdən əvvəl Vatikanda olan gürcü xor komandası və dövlət nümayəndə heyəti ilə görüşüb.

Katolik kilsəsinin məlumatına əsasən, Papa gürcü nəğmələrini dinləyib, gürcü musiqisini və şərabını isə tərifləyib.

“Siz gürcülərin çox yaxşı musiqi və şərabı var ” -deyə pontifik gürcü ifaçılara müraciət edib.

Müqəddəs Taxt-Tacın Gürcüstandakı səfiri, arxiyepiskop Joze Avelino Betankur Papa Fransiskə gürcü şərabı göndərib.

Tbilisinin Müqəddəs Üçlük Katedralının xor komandası Petre-Pavle bayramının ibadətləri başa çatdıqdan sonra gürcü nəğmələrini səsləndiriblər.