Pandemiyaya görə, gəlirsiz qalan vətəndaşların yardımı üçün qeydiyyat tarixi avqustun 1-nə qədər uzadıldı
Pandemiyaya görə, gəlirsiz qalan vətəndaşların yardımı üçün qeydiyyat tarixi avqustun 1-nə qədər uzadıldı

Pandemiyaya görə, gəlirsiz qalan vətəndaşların yardımı üçün qeydiyyat tarixi avqustun 1-nə qədər uzadıldı, – bu barədə məlumatı baş nazir Giorgi Qaxaria bugünki hökümət iclasında verdi.

Onun dediyinə görə, dövlət yardımını almaq üçün sənədlərini hazırlayıb, qeydiyyatdan keçə bilməyən şəxslər üçün qeydiyyat müddəti avqustun 1-nə qədər uzadılır.

“Məlum olduğu kimi, dövlət yardımı üçün qeydiyyat müddəti başa çatdı, ancaq sənədlərini hazırlayıb təqdim edə bilməyən insanlar üçün bu müddət uzadılır. Əgər lazım olsa, müddət yenə uzadılacaq, əsas olan odur ki, ehtiyacı olan və yardım almayan vətəndaş qalmasın” – dedi Giorgi Qaxaria.

Baş nazirin dediyinə görə, bu vaxt üçün 121 719 özünü işlə təmin edən və pandemiya zamanı, işsiz qalan 129 min nəfər dövlət yardımını aldı.