Pakistanın Kveta şəhərində hücum nəticəsind ən azı 5 nəfər həlak oldu, 25 nəfər yaralandı. Onlardan ikisinin duru kritikdir. Hücum bu səhər baş verdi.
Əyalətin hökumətinin verdiyi məlumata görə, xristian kilsəsinə dörd intiharçı soxuldu, biri özünü partlatdı. Hüquq-mühafizəçilər cinayətkarlardan birini məhv edə bildi və iki təcavüzkar qaçdı.
Təhlükəsizlik xidmətinin məlumatına görə, səhərdəki antiterror əməliyyatı rejimi qüvvədədir və cinayətkarları yaxalamaq üçün əməliyyat davam edir.