Paata Salia - "Rustavi-2"-nin informasiya xidmətinin rəhbəri vəzifəsi üçün bir neçə nəfərlə danışıqlar aparılır
“Rustavi-2″-nin informasiya mərkəzinin rəhbəri vəzifəsi üçün bir neçə nəfərlə danışıqlar aparılır, onların arasında Nino Şubladze də var” – bu barədə bəyanatı “Rustavi-2” kanalının baş direktoru Paata Salia mətbuat konfransında verdi.
Onun dediyinə görə, bu məsələ ilə bağlı jurnalistlərlə də söhbət etdi və bu vəzifəyə nyus-rum üçün qeyri-məqbul olan şəxs təyin edilməyəcək.
Şubladzedən başqa kimlərlə danışıqların aparıldığını Paata Salia konkretləşdirmədi.
Bununla yanaşı, bugünki brifinqdə Paata Salia qeyd etdi ki, Rustavi-2-dən bir neçə əməkdaş azad ediləcək, onların arasında Nodar Meladze və Giorqi Qabunia var.
Onun dediyinə görə, yenə bir neçə əməkdaş məzuniyyətdən qayıtdıqdan sonra azad ediləcək.