Paata Salia - Mən direktoram və "Rustavi-2" kanalının, Strasburq məhkəməsi tərəfindən verilən qərarın şikayət edilməsini lazım hesab etmirəm
Bu teleşirkətin direktoru mənəm və “Rustavi-2” teleşirkətinin, Strasburq məhkəməsi tərəfindən verilən qərarın şikayət edilməsini lazım hesab etmirəm, çünki bunun üçün heç bir əsas yoxdur, – bu barədə bəyanatı “Rustavi-2” kanalının yeni baş direktoru Paata Salia verdi.
“Kanalımızın sabiq vəkillərindən birindən, Strasburq məhkəməsi tərəfindən verilən qərarının şikayət ediləcəyi barədə eşidəndə, biraz təəcübləndim, çünki, onun bunu hansı statusla və əsasla edəcəyini anlaya bilmədim, çünki o artıq bu kanalın əməkdaşı belə deyil.
Bu şirkət bu gün Kibar Xalvaşiyə aiddir və mən bu şirkətin direktoruyam. Əgər kimsə, hansısa qərarı şikayət etmək istəyirsə, bu onun seçimidir, şəxsi adlarından şikayət daxil edə bilərlər, ancaq kanalın adından hərhansı bir qərarın şikayət edilməsini lazım hesab etmirəm.
Kanalın daxilindəki münasibətlərə gəlincə isə, bu korporativ bir münasibətlərdir və öz aramızda bütün problemləri həll edəcəyik” – dedi Paata Salia.