Paata İmnadze - son 24 saat ərzində 822 test edildi, buradan 29 hal təsdiq olundu
Paata İmnadze - son 24 saat ərzində 822 test edildi, buradan 29 hal təsdiq olundu

Son 24 saat ərzində Gürcüstanda koronavirus üzrə 822 test edildi, buradan 29 hal təsdiq olundu, – bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktor müavini, Paata İmnadze bəyan etdi.

İmnadzenin qeyd etdiyinə hörə, hazırda Gürcüstanda 12 mindən artıq “PCR” testi edilib.

“Son 24 saat ərzində 29 yeni hal var. Bu əsasən Bolnisinin artıq məlum olan klasterindəndir. Həmçinin Tetrisğaro. Bildiyiniz kimi, orada olan halın kontaktlarıdır. Bundan başqa biri Kutaisidədir. O, hospitallaşdırılmışdır, sürətli testlə müsbət idi və bu dəfə “PCR” metodu ilə də təsdiq olundu. Həmçinin Tbilisidə dörd yeni hal artdı, bu da hospitalların biri ilə əlaqədardır.

Testlərin sayına gəldikdə, 822 test edildi, buradan 29 hal təsdiq olundu. Dünən 919 test edilmişdir və 25 yeni hal var idi.

“PCR” metodu ilə ölkədə cəmi 12 mindən artıq test edilib. Sürətli testin sayı isə, 5 mindən artıqdır”, – İmnadze bəyan etdi.