Paata İmnadze - Payız üçün əhalinin 60 faizi vaksinasiya edilməlidir ki, qışı hazırlıqlı qarşılayaq
Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin sədr müavini Paata İmnadze ümid edir ki, Gürcüstan koronavirusa qarşı vaksinayı fevralın ikinci yarısında alacaq.
İmnadze Birinci Kanalın ” Yeni gün” verlişində bəyan etdi ki, ilin sonuna qədər əhalinin 60- faizi vaksinasiya olunmalıdır ki, növbəti qışı hazırlıqlı qarşılasın.
“Ümid edirik ki, “Fayzer” və “Biontek” vaksinalarını ilin sonuna qədər alacağıq.
Vaksinasiya prosesi yayda və payız aylarında intensiv şəkildə keçirilməlidir, çünki qışda virusun yayılma sürəti artır. Əhalinin 60 faizi qışa qədər peyvənd edilməlidir. Vaksinasiyadan sonra, ölkədə məhdudlaşdırmalara ehtiyyac qalmaya bilər” – dedi Paata İmnadze.