Paata İmnadze –heç kəs deməyib ki, evdə kondisioner qoşmayın,söhbət  ictimai yerlərdə,bir tək daxildəki havanı hərəkət etdirən kondisionerin istifadəsindən gedir
Paata İmnadze –heç kəs deməyib ki, evdə kondisioner qoşmayın,söhbət  ictimai yerlərdə,bir tək daxildəki havanı hərəkət etdirən kondisionerin istifadəsindən gedir

 

 

XNMM-nin rəhbərinin müavini,Paata İmnadze bugünkü onlayn konfransda  ictimai nəqliyyatda kondisionerlərin istifadəsinin qadağan olunması  ilə bağlı ünvanlanmış suala cavab verib.

Onun sözlərinə görə, ABŞ-da aparılan tədqiqatlardan başqa, hələ də kondisioner istifadə edərkən nəyin baş verə biləcəyini göstərən dəlillərə əsaslanan heç bir elmi sənəd yoxdur.

İmnadze, ABŞ Xəstəliklərə Nəzarət Mərkəzinin, Çinin Xəstəliklərə Nəzarət Mərkəzinin, kondisionerlərdən istifadənin xəstəliyə yoluxma riskini artırdığına dair məlumatlarına əsaslandığını bildirib.

Paata İmnadzenin sözlərinə görə, kondisionerin risk yaratmadığına dair dəlillər olmaması halında , hökumət nəqliyyatda və ictimai yerlərdə ondan istifadəni  tövsiyyə edə bilməyəcək.

Paata İmnadzenin sözlərinə görə,əsas olan sakinlərin  həyatı və sağlamlığıdır.

“İnsanların həyatı və sağlamlığı ilə oynaya bilmərik. Bunun riski  artırmadığına dair dəlillər gözləyirik. Ümid edirik ki, amerikalı həmkarlarımız tezliklə sübut edəcəklər “-deyə İmnadze bildirib.

Eyni zamanda, Paata İmnadzenin sözlərinə görə, müstəqil ekspert açıqlama verməkdə sərbəstdir, lakin Xəstəliklərə Nəzarət Mərkəzinin nümayəndələri hökumətə verdikləri bütün tövsiyyə və məsləhətlərə  görə konkret  məsuliyyət daşıyırlar.

 Bununla yanaşı ,onun sözlərinə görə,qadağa bütün kondisionerlərə şamil olunmur.

 

Hazırladı-Sevinc Mustafayeva