Paata İmnadze - Qaydaların qorunmadığı halda, insanların, toyda, kilsədə, aksiyada və yaxud harada yığılacaqlarının mənim üçün fərqi yoxdur
İcazə verilən kimi, 400, 500 nəfərlik toylar keçirildi və bunun nəticələrini hərkəs gördü, – bu bəyanatı Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze Birinci Kanalın efirində verdi.
Paata İmnadze qeyd etdi ki, tövsiyyələr hər kəs üçün eynidir. Maska taxıb, sosiyal məsafəyi qoruyub, higienaya diqqət etmək lazımdır.
“Mənim üçün fərqi yoxdur, insanlar toyda mı, kilsədə mi, aksiyada mı, yoxsa harda yığılacaqlar, qaydaların qorunmadığı müddətdə nəticələr eyni olacaq. Kilsə, maksimal şəkildə rekomendasiyalara uymağa çalışdı, ancaq toylar, izin verilən kimi, 400, 500 nəfərlik keçirilməyə başladı və bunun nəticəsini hamımız gördük” – dedi Paata İmnadze.