Özünü təcrid etmə qaydalarını pozduqlarına görə, doqquz nəfəri məcburi karantinə apardılar
Özünü təcrid etmə qaydalarını pozduqlarına görə, doqquz nəfəri məcburi karantinə apardılar

Özünü təcrid etmə qaydalarını pozduqlarına görə, doqquz nəfəri məcburi karantinə apardılar, – bu haqda məlumatı Xarici İşlər Nazirliyi yayır.

“Gürcüstanın Daxili İşlər Nazirliyi xəstəliklər nəzarətinin milli mərkəzi ilə bərabər, koronavirusun yayılmasının prevensiyası məqsədi ilə, bütün ölkə miqyasında özünü evində təcrid edən şəxslərin monitorinqini həyata keçirir. Qeyd olunan monitorinq nəticəsində, özünü təcrid etmə qaydalarını pozmaq faktları aşkarlandı.

Xaraqaulidən, Tbilisidən, Marneulidən, Kobuletidən və Batumidən olan doqquz vətəndaş qaydaları pozduğuna görə, məcburi karantin zonasına yerləşdirildilər” – deyilir Daxili İşlər Nazirliyinin bəyanatında.

Nazirliyin məlumatına görə, hazırda, məcburi karantində, özünü təcrid etmə qaydalarını pozan 12 vətəndaş var.

Xatırladırıq ki, Gürcüstan ərazisində olan bütün şəxslər İctimai Sağlıq Xidmətlərinin qərarlarına hörmətlə yanaşmalıdırlar” – deyilir bəyanatda.