Oşki Monasterinin möhkəmləndirmə işləri başlayır [Foto]
Oşki Monasterinin möhkəmləndirmə işləri başlayır [Foto]

Oşki Monasterinin möhkəmləndirmə işləri başlayır, – bu barədə məlumatı Gürcüstanın Türkiyədəki səfirliyi yayır.

“Oşki monasterinin bərkidilmə işlərinin tarixi prosesi başlayır! 2018-ci ilin may ayında, Gürcüstan Türkiyə arasında imzalanan beş illik proqram çərçivəsində və Gürcüstan tərəfinin tələbinə müvafiq olaraq, Türkiyə tərəfi qərar verdi ki, Oşki monasterinin reabilitasiya işləri, Gürcüstan tərəfinin təqdim etdiyi layihə ilə dərhal başlasın” – deyilir səfirliyin bəyanatında.

Gürcüstan səfirliyi turistlərə müraciət edir ki, monasterin reabilitasiya prosesinə və monasterə daxil olmağın müvəqqəti olaraq, dayandırılmasını anlayışla qarşılasınlar.