Oşki monasterində, ehtimala görə, monasterdən daha köhnə olan kilsənin qalıntıları və naməlum yazı tapıldı
Oşki monasterində, ehtimala görə, monasterdən daha köhnə olan kilsənin qalıntıları və naməlum yazı tapıldı

Oşki monasterində, ehtimala görə, 10-cu əsrin monasterindən daha köhnə olan kilsənin qalıntıları və naməlum yazı tapıldı.

Bu barədə məlumatı Mədəni İrsin Milli Agentliyi yayır.

“Türk kolleqalarımız bizə çox maraqlı bir sürpriz göstərdilər. Qədim gürcü yazısı olan yeni daşlar tapıldı və hazırda yazının mənası öyrənilir” – dedi Birinci Kanala Mədəni İrsi Milli Agentliyinin müdir müavini Davit Lomitaşvili verdi.

Lomitaşvilinin dediyinə görə, yeni tapılan fraqment qədim Asomtavruli əlifbasıdır.

“Türkiyə tərəfindən xahiş etdik ki, hadisə yerində arxeoloji qazıntıların aparlmasına izin verilsin ki, monasterin dəqiq xronologiyası təsvir edilsin” – dedi Lomitaşvili.

Gürcü mütəxəssislər Oşki kilsəsinin reabilitasiya işlərini həyata keçirmək üçün Türkiyəyə keçən həftə getdilər.