Orbeliani sarayında Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib [Video]
Orbeliani sarayında Ana Dili Gününə həsr olunmuş bir neçə hissədən ibarət tədbir keçirilib.
Sarayda Ana Dili Günü və gürcü əlifbasının tarixi ilə bağlı təqdimat keçirilib, təqdimat gürcü əlifbasının inkişaf mərhələlərini və xəttatlıq sənətindən istifadəni əks etdirirdi ; Rəssam Şota Saqanelidzenin doqquz əsərinin nümayiş edildiyi sərgi təşkil olunub.
Şota Saqanelidze görkəmli gürcü xadimlərinin unikal portretlər seriyasını- rəsm əsərlərini qədim və yeni gürcü yazı sistemlərindən istifadə edərək yaradıb. Gürcü və xarici ziyarətçilər əsərlə bağlı məlumatı QR kod ilə, Vikipediya vasitəsilə əldə edə bilmə imkanına malik idilər.
Rəssam Şota Saqanelidze həmçinin sarayda masterklas keçib, o Sulxan-Saba Orbelianinin portretini çəkərək Orbeliani sarayına hədiyyə edib.
Ana Dili Gününə həsr olunmuş tədbirlər sarayın həyətində xəttatlıq-ornamental proyeksiyanın nümayişi ilə başa çatıb. Tədbirə Gürcüstanın müxtəlif bölgələrindən olan etnik azlıqların nümayəndələri dəvət olunmuşdular.