Onkoloji pasiyentlərin müalicə proqramı böyüyür
Onkoloji pasiyentlərin müalicə proqramı böyüyür

“Səhiyyə xidmətlərinin əlyetərliyi ölkədə hələ də problem olaraq qalır, və biz onkoloji pasiyentlərin müalicə proqramını böyüdəcəyik” – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria bu günki hökümət iclasında verdi.

Müzakirə etməmiz gərəkən, önəmli məsələlərdən biri Səhiyyə Nazirliyinin yeni təşəbbüsüdür, – onkoloji pasiyentlərin müalicə proqramının böyüdülməsi. Bundan sonra, onkoloji pasiyentlər müalicə pulunu öz ciblərindən ödəməyəcəklər, çünki bu müalicə üçün 8 min lari ayrılacaq və pasiyent cibindən bir gəpik ödəmədən müalicədən keçə biləcək” – dedi Qaxaria.

Baş nazirin dediyinə görə, bu proqramdan hazırda 1972 nəfər istifadə edir.