Onidə Rioni çayında HES-lər kaskadının inşaatına qarşı etiraz aksiyası keçirilir

Oni şəhərində, Rioni çayında HES-lər kaskadının inşaatına qarşı etiraz aksiyası keçirilir.

Aksiyanın təşəbbüskarı “Oni kaskadına yox” hərəkatıdır.

Aksiya iştirakçılarının dediyinə görə, qeyd olunan layihə Raça regionu üçün təhlükə yaradır və onun həyata keçirilməsinə izin verməyəcəklər.

Hərəkatın maraqlarını “Gürcüstanın Gənc Hüquqşünaslar Asosiyasiyası” qoruyur.

Aksiyaya yerli əhali ilə bərabər bir neçə qeyri-hökümət təşkilatı da qoşulub. Bunlar: Gürcüstanın Gənc Hüquqşünaslar Asosiyasiyası”, “Yaşıl alternativ”, “Enerji-effektivlik fondu”, “Gürcüstanın yaşıllar hərəkatıdır”.

Aksiyaya “Milli Hərəkat” partiyası da qoşulub.