Oliver Varhey - Gürcüstan azad ticarətə dair sazişi daha sürətlə həyata keçirmək istəyirsə, biz buna hazırıq
Gürcüstan Avropa Birliyi ilə azad ticarətə dair imzalanmış sazişi daha sürətlə həyata keçirmək istəsə, biz bunu etməyə hazırıq, – Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarı Oliver Varhey Gürcüstanın Birinci kanalının sualına cavab olaraq belə deyib. O, məsələnin Avropa Birliyi ilə yaxınlaşmaq olması halında , islahatların həyata keçirilməsinin prioritet olduğunu bildirib.
“Təklifimiz bir çətir altında beş prioritetin bir araya gəlməsini əhatələyir – bu davamlılığı qorumaqdır. Bu meyar siyasi münasibətlərə də aiddir. Həm siyasi, həm də iqtisadi baxımdan bizimlə daha çox əməkdaşlıq etmək istəyənlərlə münasibətləri dərinləşdirmək fürsətini təklif edirik. Aydın məsələdir ki, prioritetlərimiz dəyişməz olaraq qalır.
Demokratik islahatların həyata keçirilməsini istəyirik. Gürcüstan hələ də həyata keçirilməmiş islahatların uzun siyahısına malikdir. Bu islahatların həyata keçirilməsi üçün Gürcüstan hökuməti ilə işləmək istəyirik. İşin davam etdirilməsi üçün lazımi maliyyə vəsaiti və yardım göstərəcəyik. Əlbətdə ki, Gürcüstan dərin və hərtərəfli azad ticarətə dair sazişin daha sürətli və daha əhatəli şəkildə həyata keçirilməsində maraqlıdırsa, biz də buna hazırıq. Bütün Şərq Tərəfdaşlığı ölkələrinin bizimlə işləmək imkanı var və biz buna hazırıq ” – deyə Oliver Varhey bildirib.
Xatırladaq ki, bu gün Brüsseldə Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin, habelə Şərq Tərəfdaşlığına üzv ölkələrin xarici işlər nazirlərinin qatıldığı video konfrans baş tutub. Onlar arasında Gürcüstanın Xİ naziri Davit Zalkaliani də var idi. Konfrans iştirakçıları Şərq Tərəfdaşlığının 2020-ci ildən sonrakı prioritetlərini və Covid-19 pandemiyasına qarşı mübarizədə AB tərəfindən tərəfdaşlara ayrılan yardım məsələsini müzakirə ediblər.
Hazırladı-Sevinc Mustafayeva