Oktyabrın birindən texniki baxışın üçüncü fazası işə düşəcək
Oktyabrın birindən texniki baxışın üçüncü fazası işə düşəcək

2018-ci il oktyabrın 1-dən Gürcüstanda avtomobillərin texniki baxışının üçüncü fazası işə düşəcək, – bu barədə məlumatı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayır.

İdarənin məlumatına görə, baxış mühərrikinin həcminin 3 000 kub/sm və ya artıq olan bütün avtomobillərə məcburi olacaq.

Avtomobil qarşıdakı parametrlərlə yoxlanılır: dəm qazı, əyləc sistemi, sükan müxanizmi, təkərlər, işıqların saz vəziyyətdə olması və elektriksistemləri.

Avto nəqliyyat vasitələrinin yoxlanılması onların kateqoriya və qeydiyyat tarixinə müvafiq olaraq baş verəcək. Qeyd olunan müddətin keçməsindən sonra, onlara qarı cərimə sanksiyaları istifadə olunacaq.

Avtomobillərin texniki baxışı prossesinin məlumatlandırılmasına imkanların yaradılması məqsədi ilə,  Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyində qaynar xətt işə düşüb (1484) və hər iş günü saat 10:00-dan saat 18:00-dək işləyəcək.