Avtomobillərin texniki yoxlanışı haqqında nəyi bilməlisiniz [Foto/video]
İyulun 1-dən avtomobillərin periodik texniki yoxlanışı başlayacaq.
İlk mərhələdə dövlət idarələrinin və hüquqi şəxslərin mülkiyyətində olan avtomobillərin inspeksiyası keçiriləcək.
Texniki yoxlanışın qiyməti və şərtləri:
- Minik avtomobillərin yoxlanışı – 60 lari
- Yük və yolçu avtomobillərin yoxlanışı – 100 lari
İnspeksiya zamanı nə yoxlanılır:
- Nəqliyyat vasitələrinin identifikasiyası;
- Əyləc avadanlığı;
- Sükan sistemi;
- Faralar, güzgülər və elektroavadanlıq;
- Təkərlər;
- Şassi və onun tərkibi;
- Digər avadanlıqlar;
- Mənfi təsir.
Texniki inspeksiya üçün internetlə qeydiyyatdan keçin:
www.pti.ge səhifəsindən istədiyiniz inspeksiya mərkəzində avtomobilinizin texniki inspeksiyadan keçəcəyi günü və saatı seçib, onlain qeydiyyatdan keçə bilərsiniz.
Bununla yanaşı, qeydiyyat və inspeksiya ilə bağlı suallarınıza cavab almaq üçün qaynar xəttə zəng elləyə bilərsiniz – 1484.