Nutsubidze küçəsində,yaşayış binalarından birindən 24 nəfər karantin məkanına aparılıb
Nutsubidze küçəsində,yaşayış binalarından birindən 24 nəfər karantin məkanına aparılıb

 

Nutsubidze küçəsində,yaşayış binalarından birindən 24 nəfər karantin məkanına aparılıb.Yerli sakinlərin yaşayış binasından  köçürülməsi iki mərhələ şəklində həyata keçirilib.

Patrul polis ekipajı da ərazidədir.

 Yerli sakinlərin sözlərinə əsasən,koronavirusa yoluxması təsdiqlənən tibb bacısı ,bir neçə gün bundan əvvəl bəhsi keçən binada yaşayan yaxınları ilə kontaktda olub.Həmçinin,mövcud məlumata görə, bu binada bir neçə nəfərin koronavirusa yoluxması müəyyən olunub.

 Səhiyyə Nazirliyindən Gürcüstanın Birinci Kanalına verilən məlumata görə,karantin məkanına cəmi 24 nəfər aparırlar,onlar Saburtalo klasterinin kontaktlarıdırlar və bu mərhələdə onların heç birinin koronavirusa yoluxması müəyyən olunmayıb.

Hazırladı-Sevinc Mustafayeva