Noyabrın 9-dan, küçədə hərəkət etmə məhdudiyyətini pozan fiziki şəxslər üçün cərimə 2 000 lari, hüquqi şəxslər üçün isə, 10 min lari olacaq
Əlavə lokal məhdudiyyətlər tədbirləri çərçivəsində, noyabrın 9-dan, küçədə hərəkət etmə məhdudiyyətini pozan fiziki şəxslər üçün cərimə 2 000 lari, hüquqi şəxslər üçün isə, 10 min lari olacaq.
Bu barədə bəyanatı Regional İnkişaf və İnfrastruktur Naziri Maia Tskitişvili Koordinasiya Şurasının İclası başa çatdıqdan sonra verdi.
“Qeyd etmək istəyirəm ki, bu komendant saatı deyil, bu sadəcə olaraq, hərəkət məhdudiyyətidir. Bu məhdiyyətin pozulması üşün də sanksiya tətbiq ediləcək, hansı ki, fiziki şəxslər üçün 2000 lari olacaq” – dedi Maia Tskitişvili.
İdarələrarası Koordinasiya Şurasının qərarı ilə, noyabrın 9-dan Tbilisidə, Kutaisidə, Batumidə, Rustavidə, Zuqdididə, Qoridə və Potidə, saat 22:00-dan səhər saat 5-ə qədər hərəkat məhdudlaşdırılacaq.
Bu məhdudiyyət sadəcə olaraq, beynəlxalq yük daşımalarına və həmçinin operativ qəragahla razılaşma əsasında, strateji əhəmiyyəti olan obyektərə və tibb müəssisələrinə gedən şəxslərə və evə çatdırma servislərinə aid olmayacaq.