Noyabrın 17-də Gürcüstana ABŞ-ın dövlət katibi Mayk Pompeo gəlir.
Bu haqda məluamtı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.
“ABŞ-ın dövlət katibi Mayk Pompeonun, noyabrın 17-18-də Gürcüstana səfərini salamlayırıq. Səfər çərçivəsində, dövlət katibi Gürcüstanın baş naziri Giorgi Qaxaria, prezidenti Salome Zurabişvili və Xarici İşlər Nazirli Davit Zalkaliani ilə görüşəcək.
Mayk Pompeo Tbilisidə Gürcüstanın Katalikos-Patriarxı İkinci İlia ilə də görüşəcək.
Səfər çərçivəsində keçirilən görüşlərdə tərəflər Gürcüstanda və regionda mövcud olan vəziyyəti və təhlükəsizliyin təmin edilməsi məsələsini müzakirə edəcəklər. Tərəflər həmçinin, həyata keçirilən demokratik və iqtisadi islahatları da müzakirə edəcəklər.
Səfər zamanı Amerika Birləşmiş Ştatlarının Gürcüstana və onun ərazi bütövlüyünə və avro-atlantik inteqrasiasına olan dəstəyi yenə bir daha təsdiqlənəcək” – deyilir Nazirliyin bəyanatında.