Noyabr ayında kommersiya banklarının ümumi aktivləri 3,2% ilə artıb
Noyabr ayında kommersiya banklarının ümumi aktivləri 3,2% ilə artıb

Noyabrda, ötən ayla müqayisədə, Gürcüstanın kommersiya banklarının ümumi aktivləri (cari qiymətlərlə) 1,1 milyard lari ilə, yəni 3,2 faiz ilə artdı (valyuta məzənnəsi təsiri olmadan, artım 0,2 faiz oldu) və 1 dekabr üçün  34,6 milyard larini təşkil etdi.

Bu barədə məlumatı Milli Bank yayır.

Gürcüstan Milli Bankının göstəricilərinə görə, bank sektorunun öz vəsaitləri 4,3 milyard lari təşkil edir, bu da kommersiya banklarının ümumi aktivlərinin 12.5 faizidir.

2017-ci il 1 dekabrın durumuna görə, Gürcüstanın bank sektoru 16 kommersiya bankı ilə təqdim olunur.