Ermənistan Mərkəzi Bankının yeni təyin edilmiş prezidenti və Gürcüstan Milli Bankının prezidenti arasında ilk söhbət baş tutdu
Ermənistan Mərkəzi Bankının yeni təyin edilmiş prezidenti və Gürcüstan Milli Bankının prezidenti arasında ilk söhbət baş tutdu

Gürcüstan Milli Bankının prezidenti, Koba Qvenetadze Ermənistan Mərkəzi Bankının yeni təyin edilmiş prezidenti ilə video-zəng vasitəsilə söhbət etdi. Koba Qvenetadze Ermənistan Mərkəzi Bankının prezidentini vəzifəyə təyin edilməsi münasibətilə təbrik etdi və gələcək fəaliyyətində uğurlar arzuladı. Martin Qalstyan vəzifə səlahiyyətlərini icra etməyə 13 iyundan başladı.

Gürcüstan Milli Bankının mətbuat xidmətinin məlumatına görə, söhbət pandemiya ilə mübarizə baxımından həyata keçirilmiş tədbirlərə, “COVID-19”-un maliyyə sektoruna göstərdiyi mənfi təsirlərin yumuşaldılmasına və iqtisadiyyatın həvəsləndirilməsi məqsədi ilə atılan addımlara aid oldu.

Video-konfrans zamanı tərəflər həmçinin Beynəlxalq Valyuta Fondu proqramı ilə yardımın əhəmiyyətindən söhbət etdilər.

Söhbət zamanı fəal əməkdaşlığın əhəmiyyətinə xüsusi diqqət yetirildi.

Məlumatı Gürcüstan Milli Bankı yayır.