Nino Lomcaria Salome Zurabişviliyə cavab verir - Zorakılıq təkə-tək də olsa, qrup şəklində də olsa, kriminaldır, kişilik isə, başqa dəyərlərlə müəyyən olunur
Zorakılıq təkə-tək və ya qrup şəkildə, kriminaldır, kişilik isə, başqa dəyərlərlə müəyyən olunur, – bu sözlərlə xalq müdafiyəçisi Nino Lomcaria, Gürcüstan prezidenti Salome Zurabişvilinin bəyanatına cavab verir, hanslnda prezident deyib ki, “Kişilik qrup zorakılığı deyil, təkə-tək döyüşdür”.
“İctimai şəxslərin belə məsələlərlə bağlı bəyanatları çox önəmlidir və həm təkə-tək, həm də qrup şəklində zorakılığın romantizasiyası qeyri-məqbuldur.
Prezidentin mesajı elə qəbul edilə bilər ki, guya təkə-tək zorakılıq gürcü ənənələrinə daxildir. Bu baxış dəyişirilməlidir, zorakılıq təkə-tək və qrup şəklində qeyri-məqbuldur” – dedi Nino Lomcaria.