Nino Lomcaria Mixeil Saakaşviliyə cavab verir - Bu kişilərin gözlərinə niyə hər yerdə "qucaqda oturan" qadınlar görünür
Nino Lomcaria Mixeil Saakaşviliyə cavab verir - Bu kişilərin gözlərinə niyə hər yerdə "qucaqda oturan" qadınlar görünür

Xalq Müdafiyəçisi Nino Lomcaria “Facebook” səhifəsində  Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin statusuna cavab verdi.

Nino Lomcaria yazır ki, Daxili İşlər Nazirinin müavini Natia Mezvrişvili tanıdığı ən layiqli, prinsipal və proqressiv gənclərdən biridir.

“Bu kişilər niyə hər yerdə sadəcə “qucaqda oturan” pozğun qadınları görürlər? Natia tanıdığım ən proqressiv və ləyaqətli gənclərdən biridir, ancaq Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqdaki səhvlər haqında ilk biz danışacağıq” – yazır Nino Lomcaria.

Mixeil Saakaşvili nazir müavini Natia Mezvrişvili haqqında status yazmışdı: “O yaxşı tanınan pozğun və İvanişvilinin cibinin prokurorudur”.