Arçil Talakvadze - Mixeil Saakaşvilinin əsas rəqibi onun keçmişidir
Arçil Talakvadze - Mixeil Saakaşvilinin əsas rəqibi onun keçmişidir

Mixeil Saakaşvilinin, eləcə də “Milli Hərəkatın” əsas rəqibi onun keçmişidir, – bu barədə Gürcüstan Parlamentinin sədri, Arçil Talakvadze jurnalıistlərə bəyan etdi.

Elə onun dediyinə görə, seçkilər hələ də başa çatmamış, müxalifət tərəfindən vəzifələrin bölüşdürülməsi prosesi baş verir.

Arçil Talakvadzenin bəyan etdiyinə görə, hakim partiyanın pozitiv gündəmi var və əmindir ki, vətəndaşların dəstəyi ilə seçkilərdə qalib gələcəklər.

“Dəfələrlə demişəm, Mixeil Saakaşvilinin, eləcə də “Milli Hərəkatın” əsas rəqibi onun keçmişidir. İctimaiyyət gördü ki, 150 deputat əvəzinə, bu köhnə müxalifət baş nazirliyə 150 namizəd təqdim etdi. Bu prosesi irəlcədən, seçkilərin başa çatmasından əvvəl gördük. Bizim planımız, pozitiv gündəmimiz, təcrübəli komandamız var və əminik ki, vətəndaşların dəstəyi ilə seçkilərdə qalib gələcəyik”, – Talakvadze qeyd etdi.