Nino Lomcaria - Xalq Müdafiyəçisi seçkiqağı mühitini yaxından izləyir və hər bir zorakılıq faktına müvafiq reaksiya verəcək
Nino Lomcaria - Xalq Müdafiyəçisi seçkiqağı mühitini yaxından izləyir və hər bir zorakılıq faktına müvafiq reaksiya verəcək

Xalq Müdafiyəçisi seçkiqağı mühitini yaxından izləyir və hər bir zorakılıq faktına, əvvəlki illərdəki kimi müvafiq reaksiya veriləcək – bu barədə bəyanatı jurnalistlərlə söhbət zamanı xalq müdafiyəçisi Nino Lomcaria verdi.

Onun dediyinə görə, təəssüf ki, siyasi opponentlərə qarşı zorakılıq faktları artıq qeydə alınıb.

“Fiziki zorakılıqla bərabər, təəssüf ki, şəxsi həyatları ilə insanlarıın qorxudulması ilə bağlı məlumat alırıq. Bu məsələyə fəal şəkildə qoşulmuşuq və medyadan da xahiş edirəm ki, belə məsələlərə diqqət yetirilsin. Təssüf ki, əvvəlki illərin praktikası bizə göstərdi ki, seçkiqabağı müddətində, zorakılığın törədilməsi ilə bağlı kimsə məsuliyyətə cəlb olunmayıb. Ancaq biz yenədə, buna rəğmən, hər bir zorakılıq faktına nə qədər müddətdə reaksiyanın veriləcəyi ilə bağlı monitorinqə davam edəcəyik və müvafiq nəticələri hesabata daxil edəcəyik” – dedi Nino Lomcaria.

Xalq Müdafiyəçisi onu da bəyan etdi ki, medya bütün siyasi prosesləri nifrət dilindən istifadə etmədən işıqlandırmalıdır.

“Ümid edirəm ki, ATƏT, ODİHR və digər beynəlxalq təşkilatlar medya monitorinqini də həyata keçirəcəklər” – dedi Xalq Müdafiyəçisi.