Nino Lomcaria - Gigi Uqulavanın "İmedi"-nin jurnalistlərinə etdiyi müraciət etika çərçivələrindən çıxır, ancaq ifadə azadlığı çərçivəsindən kənara çıxmır

Gürcüstanın xalq müdafiyəçisi Nino Lomcaria bəyan edir ki, “Avropa Gürcüstanının” nümayəndəsi olan Gigi Uqulavanın “İmedi”-nin jurnalistlərinə etdiyi müraciət etika çərçivələrindən çıxır, ancaq ifadə azadlığı çərçivəsindən kənara çıxmır.

“Gigi Uqulavanın “İmedi” kanalının jurnalistlərinə etdiyi müraciətlə bağlı, bir neçə medya-vasitələri bizə müraciət edir və bu faktla bağlı dəyərləndirmə tələb edir.

İlk növbədə, medya nümayəndələrinə, öz sağlamlığı bahasına, çox gərgin vəziyyətdə, arası kəsilməyən rejimdə hadisələri işıqlandırdıqları üçün təşəkkür edirəm!

Təəssüf ki, siyasətçilər və yüksək rütbəlilər tərəfindən jurnalistlərə qarşı təhqir edici ifadələr tmələri tez-tez baş verir.

Bu mənim üçün qeyri-məqbuldur və etika və mədəniyyət çərçivələrindən kənara çıxır.

Halbuki onlar ictimaiyyətə jurnalistlərlə ünsiyyət nümunəsini göstərməlidirlər.

Konkret insindentin hüquqi dəyərləndirilməsinə gəlincə, Gigo Uqulavanın müraciəti hər nəqədrə də etikaya zidd olsa da, ifadə azadlığı çərçivəsindən kənara çıxmır.

Bütün siyasətçilərə müraciət edirəm, gərginliyə baxmayaraq, medya nümayəndələrinə hörmət etsinlər və onların təhlükəsiz və azad mühitdə işləmələrinə imkan versinlər!”- yazır Nino Lomcaria.

Bununla yanaşı, Nino Lomcaria “Avropa Gürcüstanı” liderləri tərəfindən Birinci Kanalın jurnalistinə hücum haqqında həçnə demədi. Ancaq, buna rəğmən Gürcüstanın Birinci Kanalı xalq müdafiyəçisinə müraciət etdi.