Nino Jvaniya - Topadzelərin ailəsindən üzr istəyirəm, baş verən hadisə mənim üçün də onlar qədər böyük ağrıdır

Tbilisi Şəhər Məhkəməsindəki prosesdən öncə, mərhum baş nazir Zurab Jvanianın həyat yoldaşı Nino Jvaniya bəyan etdi ki, əsas olan oldur ki, Busa Jvaniyanın yaraladığı Levan Topadzenin sağlamlıq vəziyyəti yaxşıdır.

“Topadzelər ailəsindən üzr istəmək istəyirəm, mənim üçün bu baş verən hadisə, onlar qədər ağırdır. Son günlər çox ağır emosiyalar yaşadıq. Ümid edirəm ki, obyektiv istntaq keçiriləcək. Əlbəttəki oğlum cəzayı haqq edir, ancaq çox ağır cəzayı deyil” – dedi Jvaniya.

Nino Jvaniya bəyan edir ki, Topadzelər ailəsinə razılaşmaq üçün deyil, üzr istəmək üçün zəng vururdu.

Xatırladaq ki, avqustun 2-də, mərhum baş nazir Zurab Jvaniyanın oğlu Busa Jvania biznesmen Qogi Topadzeni oğlu Levan Topadzeyi bıçaqla yaraladı.