"Nino Burcanadze - Vahid Gürcüstan" seçkilərdə ayrıca subyekt olaraq iştirak edəcək və bloklara qoşulmayacaq
“Nino Burcanadze – Vahid Gürcüstan” partiyası 2020-ci ilin parlament seçkilərində iştirak etməsi ilə bağlı, Mərkəzi seçki komisiyasına ərizəsini daxil etdi.
Partiyanın nümayəndəsi Giqla Baramidze bəyan etdi ki, “Nino Burcanadze – Vahid Gürcüstan” seçkilərdə ayrıca subyekt olaraq iştirak edəcək və bloklara qoşulmayacaq.
Onun dediyinə görə, MSK-da partiyanın iki nümayəndəsi olacaq.