Nino Burcanadze - Ümid edirəm ki, konstitusiya dəyişiklikləri yaxın müddətdə təsdiqlənəcək və ölkədə çox partiyalı parlamentin mövcud olmasının əsası qoyulacaq
“Konstitusiya dəyişikliklərinin ikinci oxunuşla qəbul edilməsini salamlayıram və ümid edirəm ki, konstitusiya dəyişiklikləri yaxın müddətdə təsdiqlənəcək və ölkədə çox partiyalı parlamentin mövcud olmasının əsası qoyulacaq və majoritar feodalizmi artıq başa çatacaq, – bu bəyanatı “Vahid Gürcüstan”-ın lideri Nino Burcanadze verdi.
Burcanadze qeyd etdi ki, məhz səfirlərin və qərbli partnyorların yardımı ilə seçki məcəlləsinin dəyişiklik prosesi bugünki mərhələyə gələ bildi.
“Şalva Natelaşvilinin ofisində baş tutan, müxalifət partiyalarının birləşməsi olmasaydı, bugünki səs vermə də olmayacaqdı və ölkədə seçki prosesinin normal keçməsi şansı da olmayacaqdı. “Gürcü Arzusuna” qalsa, o bir oxunuşla layihəyi məmnuniyyətlə atardı. Ancaq “Gürcü Arzusu” başa düşdü ki, belə şərtlərdə, layihənin atılması onun həm ölkə daxilində, həm xaricdə sonu ola bilərdi” – dedi Nino Burcanadze.
Gürcüstan parlamenti konstitusiya dəyişikliklərini 115 səslə, ikinci oxunuşda qəbul etdi.
Səs vermədə “Milli Hərəkat” və “Avropa Gürcüstanı” iştirak etmədilər.