Nino Burcanadze - Ümid edirəm ki, iqtidar şüursuz addım atmaz və əsas siyasi partiyanın liderini həbs etməz
Nino Burcanadze - Ümid edirəm ki, iqtidar şüursuz addım atmaz və əsas siyasi partiyanın liderini həbs etməz

Ümid edirəm ki, iqtidar şüursuz addım atmaz və əsas siyasi partiyanın liderini həbs etməz. Əgər belə bir addım atsa, bu onun üçün həm moral, həm də siyasi baxımdan çox baha başa gələcək, – bu bəyanatı “Vahid Gücüstan” partiyasının lideri Nino Burcanadze verdi.

Burcanadzenin dediyinə görə, onun partiyası Nika Meliaya dəstək verəcək, çünki kimsə ədalətsiz şəkildə cəzalandırılmamalıdır.

“Nika mənim kiçik dostumdur. O ədalətsizliklə kişi kimi mübarizə edir. Mən və həmpartiyalılarım vətəndaşımızın ədalətsizcə əzilməsinə imkan verməyəcəyik. Kimin nə dediyi məni maraqlandırmır. Kifayət qədər təcrübəm var və kimin nəyi oyanadığını çox yaxşı başa düşürəm. Nika Melia siyasətdəki ən səmimi insanlardan biridir. Ona kimsə doğru hesab etmədiyi addımı atdıra bilməz. Bu məsələdə Nika haqlıdır” – dedi Nino Burcanadze.