Nino Burcanadze - Müxalifətin iqtidar ilə danışıqlar aparıb, bu qədər təkliflər etməsi belə böyük kompromissdir

Müxalifətin iqtidar ilə bu qədər zamandır, danışıqlar aparıb, təkliflər etməsi belə böyük kompromissdir, – bu bəyanatı “Vahid Gürcüstanın” lideri Nino Burcanadze jurnalistlərə verdi.

Onun dediyinə görə, iqtidar 31 oktyabrda seçkiləri saxtalaşdıraraq, hər cür qırmızı xətti keçdi.

Burcanadzenin dediyinə görə, müxalifətin yeni kompromissi seçkilərin yenidən keçirilməsi deyil, növbədənkənar seçkilərin keçirilməsi tələbidir.

“Müxalifətin təkliflərinə gəlincə, mənim mövqeyim daha sərt idi və mən deyirdim ki, iqtidarla növbədənkənar seçkilər haqqında danışmaq lazım deyil və ancaq seçkilərin yenidən keçirilməsini tələb etməliydik, çünki seçkilər birmənalı olaraq, saxtalaşdırıldı. Ancaq, onu da başa düşürəm ki, ölkədə yaranan siyasi krizisdən çıxmaq üçün bir kompromissə ehtiyac var idi.

Yenə bir daha deyirəm, müxalifət vahiddir, çox korrektdir və dövlətçilik leyhinə düşünür. Bu iqtidarın əlində, hərhansı proqnozlar etmək çətindir, ancaq kompromisə mütləq getməli olacaq” – dedi Nino Burcanadze.