Nino Burcanadze müxalifət partiyalarının birgə bəyanatını nəyə görə imzalamadığı ilə bağlı açıqlama vermir
Nino Burcanadze müxalifət partiyalarının birgə bəyanatını nəyə görə imzalamadığı ilə bağlı açıqlama vermir

“Vahid Gürcüstan” partiyasının lideri Nino Burcanadze müxalifət partiyalarının birgə bəyanatını nəyə görə imzalamadığı ilə bağlı rəsmi açıqlama vermir, – bu barədə Gürcüstanın Birinci Kanalına partiyanın mətbuat xidməti bildirib.

Xatırladaq ki, müxalifət partiyaları ABŞ-ın dövlət katibi Mayk Pompeonun Gürcüstana səfəri ilə bağlı bəyanat yaydılar. Bəyanatı 24 partiya imzalayıb, ancaq müxalifət partiyaların yaydığı bəyanatı imzalayanlar arasında Nino Burcanadzenin “Vahid Gürcüstan” partiyası yoxdur.

Gürcüstanın Birinci Kanalı “Vahid Gürcüstan” partiyasının mətbuat xidməti ilə əlaqə saxladı və oradan bəyan etdilər ki, qeyd olunan məsələ ilə bağlı Nino Burcanadzenin açıqlama verib-verməyəcəyini hələ bilmirlər.