Nino Burcanadze - Xüsusi təyinatlılar gəlib "Milli Hərəkat" binasını hücumla alsalar bu iqtidarın ayıbı olacaq
Nino Burcanadze - Xüsusi təyinatlılar gəlib "Milli Hərəkat" binasını hücumla alsalar bu iqtidarın ayıbı olacaq

Bu ölkənin vətəndaşı olaraq, hesab edirəm ki, bu ölkə Bidzina İvanişvilinin xanlığı deyil, harda İvanişvilinin qanunları qanundur, diqər vətəndaşlar üçün isə, fərqli qaydalar işləyir, – bu bəyanatı “Vahid Gürcüstan” partiyasının lideri Nino Burcanadze  “Milli Hərəkatın” ofisində verdi.

Burcanadze bəyan edir ki, “Milli Hərəkatın” ofisinə Nika Meliaya dəstək vermək üçün getdi.

“Nika Meliayı qoruya bilməsək, bu deməkdir ki, sabah bu ölkə bir dövlət olaraq, artıq mövcud olmayacaq.  Qavrilov insindenti ilə bağlı cərimə tələb etmək, ölkəyə və xalqın müstəqillik üçün 30 illik mübarizəsinə kələk gəlməkdir. Nika Melia mənim dostumdur, ancaq elə olmasaydı belə, ədalətsizliyə məruz qalan hərkəsi qorumalıyıq” – dedi Nino Burcanadze.