Nino Burcanadze - İqtidar seçkiləri Covid-19 kölgəsi altında keçirməyə çalışır, ancaq ona bal yığdıran covid-19, xalqın dəstəyinin itirilməsinə səbəb ola bilər,

“Vahid Gürcüstanın” lideri Nino Burcanadze bəyan edir ki, iqtidar parlament seçkilərini covid-19-un kölgəsində keçirməyə çalışır, ancaq diqqətli olsun, çünki, iqtidara bal yığdıran covid-19, bu səfər də xalqın dəstəyini iqtidarın əlindən almasın” – bu bəyanatı Nino Burcanadze baş nazir Giorgi Qaxarianın BMT Baş Assambleyasındaki çıxışını şərhləndirərkən verdi.

“Bəllidir ki, cənab Qaxaria Gürcüstanda havaların yaxşı olmasını da “Gürcü Arzusuna” yazır, ancaq proporsiyonal sistemlə bağlı balları özünə yaza bilməyəcək. Hətta, onlara təşəkkür edərik ki, o layihə alınmadı, yoxsa müxalifət birləşməzdi.

İqtidar covid-19-un ölkəsi altında seçkilər keçirməyə çalışır, ancaq, faktır ki, covid-19-dan başqa problemlər var ölkədə və vəziyyət daha da ağırlaşır. İnsanlar yemək istəyirlər və lari kursuna, boş soyuducularına və boş ciblərinə baxanda, əlbəttə ki, iqtidarı dəstəkləməyəcəklər” – dedi Nino Burcanadze.