Nino Burcanadze - "Gürcü Arzusu" iqtidarı o qədər səhv buraxdı ki, müxalifətin heçnə uydurmağa ehtiyacı qalmadı

Cənab nazir, sizin iqtidarınız o qədər səhv buraxdı, o qədər vədlərini yerinə yetirmədi ki, müxalifətin heçnə uydurmağa ehtiyacı qalmadı, – bu sözlərlə “Vahid Gürcüstanın” lideri Nino Burcanadze Daxili İşlər Naziri Vaxtanq Qomelauriyə müraciət etdi.

Bununla Burcanadze Vaxtanq Qomelaurinin bəyanatına cavab verdi, hansında Qomelauri demişdi ki, kriminalın artdığını müxalifət uydurur.

Burcanadzenin bəyanatına görə, istintaqının başa çatdırılmadığı işlərin fonunda Qomelaurinin bəyanatı ki, güya kriminal artmayıb, yalandır və yaxud onun yetərli qədər məlumatı yoxdur.

“Cənab Vaxtanq Qomelaurinin bəyanatına səslənmək istəyirəm, hansına əsasən, ölkədə kriminal artmayıb və müxalifət nümayəndələrinin bu iddiası yalandır. Cənab nazir, sizin iqtidarınız o qədər səhv buraxdı ki, o qədər vədlərini yerinə yetirmədi ki, müxalifətin heçnə uydurmağa ehtiyacı qalmadı. Şər atmağa nə mənim, nə də, həm-partiyalılarımın ehtiyacı yoxdur. Hal-hazırda, insanların qorxudulması davam edir. Müxalifətin təhdid və təqib edildiyi heç bir faktla bağlı istintaq aparılmayıb.

Gənclərimizin cinayət faktları ilə bağlı olanları gördük. Saralidze və Maçalikaşvilinin, Şakaraşvili və Baçaliaşvilinin işləri bu günə qədər sonuna qədər açılmadı. Siz isə, deyirsiniz ki, kriminal artmayıb. Yalan deyirsinizsə, bu pisdir, və yaxud sizin kifayət qədər məlumatınız yoxdur” – dedi Burcanadze.