Nino Burcanadze - "Gürcü Arzusu" adi söhbəti başa düşmür, ona görə də, geniş-miqyaslı aksiyalar keçirəcəyik

“Gürcü Arzusu” adi söhbəti başa düşmür və ölkədə olan problemləri görməzdən gəlir. Ədalətsizlik ücbatından yaranan çətinlikləri “Gürcü Arzusu” ciddiyə almır”, – bu bəyanatı “Vahid Gürcüstan” partiyasının lideri Nino Burcanadze verdi.

Burcanadzenin dediyinə görə, müxalifət tərəfindən təşkil olunan aksiyalar fevralın 25-də və 31-də keçiriləcək.

“Paralel olaraq da, bəzi yerlərdə, lokal kiçik aksiyalar keçiriləcək. Batumiyə mütləq gedəcəyik, çünki Acaralı vətəndaşlarımız nümunəvi mübarizə aparırlar. Biz onlara mütləq həmrəy olacağıq. Aksiyalar onsuzda planlaşdırılmışdı və Nika Melia ilə əlaqəsi yoxdur” – dedi Nino Burcanadze.