Nino Burcanadze - Görünür ki, iqtidarda ağlı başında olan tək insan Qaxaria idi, o da getdi və bu iqtidarın addımlarının proqnozlaşdırılması artıq qeyri-mümkündür
Nino Burcanadze - Görünür ki, iqtidarda ağlı başında olan tək insan Qaxaria idi, o da getdi və bu iqtidarın addımlarının proqnozlaşdırılması artıq qeyri-mümkündür

Girov ödəmədiyi üçün siyasi partiyanın liderinin həbs edilməsi ağlasığmazdır.  jurnalistlərin, çox sayda insanın və siyasətçilərin olduğu bir binanın hücumla alınması isə, həqiqətən ağlısığmaz bir addım olardı.  Ancaq Bidzina İvanişvilinin bizə verdiyi xəstə zihniyyətli İrakli Kobaxidze bunu məqbul hesab edir, – bu bəyanatı “Vahid Gürcüstan” partiyasının sədri Nino Burcanadze verdi.

Burcanadzenin dediyinə görə, siyasi etiraz aksiyaları dayandırılmamalıdır, çünki iqtidar dialoq dilindən anlamır.

“Gürcü Arzusunun” proqnozlaşdırılması bundan sonra daha da qeyri-mümkün oldu. Görünür ki, iqtidarda ağlı başında olan tək insan Qaxaria idi, o da getdi və bu iqtidarın addımlarının proqnozlaşdırılması artıq tamamən qeyri-mümkündür” – dedi Nino Burcanadze.