Nino Burcanadze - Gia Volski döyüləsidir, mən kişi olsam onu döyərdim

“Gia Volski döyüləsidir, mən kimsəyi zorakılığa və yaşlı bir insanı döyməyə çağırmıram, ancaq onun yaşında bir kişi olsam, onu göyərdim” – bu bəyanatı “Vahid Gürcüstan” partiyasının lideri Nino Burcanadze “Formula” kanalının efirində verdi.

“İveri Melaşvili 60 yaşı keçmiş bir insandır, hansı ki, həbsxanada oldu və ona qarşı irəli sürülən ittihamlarla heç bir əlaqəsi yoxdur. O çox istəsə də, torpaqları sata bilməzdi, çünki onda elə bir səlahiyyət yox idi. Gia Volski isə, bugün biyabırçı bəyanat verir ki, güya ürək xəstəliyi olan yaşlı İveri Melaşvili bilərək insanların çox olduğu yerə getdi ki, ona qarşı provokasiya olsun. Belə iyrənc hadisələri görəcəyim heç ağlıma gəlməzdi” – dedi Nino Burcanadze.

Xatırladaq ki, parlamentin bugünki plenar iclasında, Gia Volski bəyan etdi ki, əhalinin Davit Qareci mövzusu ilə bağlı emosiyalarını başa düşmək olar. Müəyyən itihamlara görə, həbs olunan şəxsi isə, qəsdlə insanların olduğu yerə aparmaq və ona qarşı olan aqressiyayı göstərmək taktikası doğru deyil və açıqca bəllidir”.