Nino Burcanadze - Qeyri-qanuni borderizasiyayı sadəcə mən dayandıra bilərəm

“Vahid Gürcüstanın” lideri Nino Burcanadze Nikozi kəndində həyata keçirilən qeyri-qanuni borderizasiya haqqında danışdı və qeyd etdi ki, mövzu aktual olmaqla, “Gürcü Arzusunun” ona reaksiyası sıfırdır.

Bugün keçirdiyi mətbuat konfransında Nino Burcanadze qeyd etdi ki, Nikozi kəndində, işğal qüvvələri sünii baryerlər və dəmir çəpərliklər çəkməyə davam edirlər, ancaq Gürcüstan iqtidarı bunu gözməzdən gəlir.

“İqtisadi inkişaf və investisiyalar, münaqişə zonasında olan sabitlikdən asılıdır. İlk növbədə bu problem həll olunmalıdır.

Əminliklə deyə bilərəm ki, mən və dəstə üzvlərim məhz o qüvvəyik, hansı ki, bu qeyri-qanuni borderizasiyayı dayandıra bilər. Bunun üçün konkret addımlar ata bilərəm. İqtidarımızın reaksiyası və tədbirləri isə, sıfırdır” – dedi Nino Burcanadze.