Nikol Paşinyan - Məncə, Ermənistan və Gürcüstan arasındaki münasibətlər heç vaxt belə yaxşı olmamışdı
Ermənistan və Gürcüstan parlamentləri arasında əməkdaşlıq çox vacibdir və iki ölkə arasındaki münasibətləri daha da möhkəmləndirir, – bu barədə bəyanatı Gürcüstanda rəsmi səfərdə olan Ermənistanın baş naziri, Gürcüstan parlamentinin sədri Arçil Talakvadze ilə görüş zamanı verdi.
Paşinyanın dediyinə görə, Ermənistan və Gürcüstan arasındaki münasibətlər heç vaxt belə yaxşı olmamışdı.
“İki ölkə arasındaki münasibətlərin çox yaxşı olduğu müxtəlif sahələrdən görünür. Mən bu prosesdə iştirak etdiyim üçün çox sevinirəm. Gürcüstandan Ermənistana gedən turistlərin sayının artdığını öyrənəndə çox sevindim. Həmçinin, məlumdur ki, bir çox Ermənistan vətəndaşı da Gürcüstanda istirahət edir” – dedi Paşinyan.
Gürcüstanda rəsmi səfərdə olan Nikol Paşinyan bu gün Gürcüstanın baş naziri Giorgi Qaxaria və prezidenti Salome Zurabişvili ilə görüşdü.