Nikol Paşinyan - Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ münaqişələri bir-birindən çox fərqlidir
Nikol Paşinyan - Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ münaqişələri bir-birindən çox fərqlidir

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edir ki, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ münaqişələri bir-birindən çox fərqlidir.

Bu bəyanatı Paşinyan erməni diplomatları ilə görüş zamanı verib.

Ermənistanın baş nazirinin dediyinə görə, beynəlxalq ictimaiyyət Cənubi Osetiya, Abxaziya, Dnestryanı və Dağlıq Qarabağ münaqişələrini eyniləşdirir və bu ciddi problemdir.

“Bu münaqişələr arasındaki böyük fərqi izah etməliyik. Misal üçün, Cənubi Osetiya və Abxaziya sakinləri problemsiz şəkildə Gürcüstan paytaxtına gedib, oradan istədiyi ərzaqı alıb və yaxud satıb qayıda bilirlər.

Rusiya vətəndaşını isə, Bakı hava limanından qoylayırlar, çünki onun erməni soyadı var.

Bəzən belə hərəkətlər Qarabağ münaqişəsi haqqında daha doğru məlumat verir, nəyinki saatlatla sürən mühazirə” – dedi Nikol Paşinyan.