Nika Melia - O qədər doğru və o qədər güclüyəm ki, sinəmlə gülləyi belə tutaram
“Bu kirli təxribatla mübarizə zamanı olduğum qədər qürürlu heç olmamışam, o qədər doğru və o qədər güclüyəm ki, sinəmlə gülləyi belə tutaram, çünki arxamda vətən sevgisi və qeyrət var, – bu bəyanatı “Milli Hərəkatın” lideri Nika Melia prokurorluğun bəyanatını şərhləndirərkən verdi.
“2019-cu ilin, 20 iyununu tarix mütləq uşaqlarımız və nəvələrimiz üçün yadda saxlayacaq. Bu tarixdə ölkəmizə işğalçı dövlətin nümayəndəsi olan Sergey Qavrilovu gətirib, parlament sədrinin yerinə oturtdular və bunu etiraz edən xalqımıza qarşı, iqtidar zorakılıq tətbiq etdi.
O gündən sonra, mənə qarşı siyasi təqib başladı, ancaq partnyor ölkələrin qoşulmasına görə, o vaxt məni həbs edə bilmədilər. Tarixdə ilk məhbusam, hansından həm girov məbləği, həm də, məhbus brasletinin taxılması tələb edildi.
İctimai məkanlarda nitqlə çıxmağım qadağan edilən ilk ittiham edilən şəxsəm.
Mən bu ədalətsizliklə mübarizə mi edim, yoxsa tabe mi olum?
Həqiqət o qədər mənim tərəfimdədir ki, mənə atılan gülləyi belə sinəmlə tutaram, çünki arxamda vətən sevgisi və qeyrət var” – dedi Nika Melia.