Nika Melia - Müxalifətin tələbləri yerinə yetirilənə qədər, özünə hörmət edən heç bir müxalifət partiyası bu parlamentə daxil olmaz
Nika Melia - Müxalifətin tələbləri yerinə yetirilənə qədər, özünə hörmət edən heç bir müxalifət partiyası bu parlamentə daxil olmaz

MSK reallığı saxtalaşdıran bir təşkilatdır, – bu bəyanatı “Milli Hərəkatın” liderlərindən biri Nika Melia verdi.

Onun dediyinə görə, parlament seçkilərinin yekun aktının qəbul edilməsi heçnəyi dəyişməyəcək.

“MSK-nın (Mərkəzi Seçki Komisiyası) yekun aktı nəyi dəyişir? Onun seçkiləri saxtalaşdırdığını bilmirdinizm mi? MSK-dan fərqli bir qərar mı gözləyirdiniz? Bu bizim reallığımızdır. Müxalifət partiyaları ona görə boykot rejimindəyik.

MSK Gürcüstan vətəndaşlarının hüquqlarını qoruyan milli orqan deyil, MSK son səkkiz ildir, bir milyarderin istəklərini yerinə yetirən kontoradır. Seçkilərdə məğlub olduğunu o da bilir və “qələbəsini” qeyd belə etmədi, rəsmi olaraq təsdiqlədi sadəcə” – dedi Nika Melia.

Melianın dediyinə görə, müxalifətin tələbləri yerinə yetirilənə qədər, özünə hörmət edən heç bir müxalifət partiyası bu parlamentə daxil olmaz.

“Tələbləri qane edilənə qədər, özünə hörmət edən heç bir siyasi partiya bu parlamentə daxil olmayacaq. Bu da Bidzina İvanişvilinin gözünü açıb, anlaması gərəkən bir reallıqdır. O bu reallığı dərk edib, müxalifətə güzəşt etməlidir, etməli olacaq” – dedi Nika Melia.