Nika Melia - Mənim yerimə kimsə girov ödəsə, bilin ki, bu prokurorluğun və yaxud iqtidarın kirli provokasiyasıdır
Nika Melia - Mənim yerimə kimsə girov ödəsə, bilin ki, bu prokurorluğun və yaxud iqtidarın kirli provokasiyasıdır

“Mən bu qeyri qanuni və absurd girov pulunu ödəsəm, sabah onu məndən üçüncü dəfə tələb edəcəklər. Mübarizə və tabe olmaq isə, fərqli şeylərdir”, – bu bəyanatı “Milli Hərəkatın” sədri Nika Melia sosiyal şəbəkə Facebookda yayır.

Melianın dediyinə görə, ona qarşı siyasi təqib həyata keçirilir və girov məbləğini ödəməyi düşünmür.

Onun dediyinə görə, ödəniş üçün identifikasiya kodu sadəcə vəkillərə və ittiham edilən şəxslərə verilir və kimsə onun yerinə girov məbləğini ödəyə bilməz, əgər ödəsədə, “bu prokurorluğun və yaxud iqtidarın növbəti maxinasiyası” deməkdir.

“Mən doğru olduğumu bilirəm və yalançı məhkəmə oyunlarında iştirak etməyəcəm. Mən girov məbləğini ödəmirəm və mənim yerinə ödəməyə kimsənin haqqı yoxdur!”-yazır Nika Melia.

Xatırladaq ki, 2019-cu ilin 27 iyun ayında, “parlamentə qarşı qrup zorakılığına rəhbərlik etmək” ittihamı ilə həbs olunan Nika Meliaya 30 000 larilik girov məbləğininin ödənilməsi həvalə edilmişdi.

Daha sonra müəyyən qaydaların pozulmasına görə, Melianın girov məbləği 40 lari oldu. Ödəniş üçün isə, ona 50 günlük müddət verilib.

Fevralın 5-də, Nika Meliayı prokurorluğa çağırdılar, ancaq o getmədi.