Nika Melia - Mən bu binadan çıxacam və məni həbs edə bilməyəcəklər
Nika Melia - Mən bu binadan çıxacam və məni həbs edə bilməyəcəklər

Mən ölkəmizin gələcəyi, demokratik institular haqqında danışıram və yas yerinə gedib-getməyəcəyim niyə əhəmiyyətlidir ki? Lazım olsa, bu binadan çıxacam və kimsə məni həbs edə bilməyəcək, – bu sözlərlə “Milli Hərəkatın” sədri Nika Melia jurnalistlərin, “binadan çıxıb-çıxmayacağı” barədə suallarına cavab verdi.

Onun dediyinə görə, o bu binadan daha öncə də çıxdı və hüquqmühafizəçilər onu həbs etmədilər.

“Mən ədalətsizliyə boyun əymirəm.  Medyaya girib-çıxdığımı hər zaman bildrmirəm, amma çıxdığımı göstərən foto-video materiallar var. Dünən “Milli Hərəkat” ofisindən çıxan bütün avtomobillərin baqajını yoxlayırdılar, ancaq onları əmin edə bilərəm ki, buradan baqajnikdə çıxmağı düşünmürəm” – dedi Nika Melia.