Nika Melia - Giorgi Qaxaria öz istefası ilə, etiraf etdi ki, praktiki olaraq, qan tökülə bilərdi və onun bu addımına mütləq müsbət dəyər verilməlidir
Nika Melia - Giorgi Qaxaria öz istefası ilə, etiraf etdi ki, praktiki olaraq, qan tökülə bilərdi və onun bu addımına mütləq müsbət dəyər verilməlidir

Giorgi Qaxaria öz istefası ilə, etiraf etdi ki, praktiki olaraq, qan tökülə bilərdi və onun bu addımına mütləq müsbət dəyər verilməlidir, – bu bəyanatı “Milli Hərəkatın” sədri Nika Melia baş nazir Giorgi Qaxarianın istefası ilə bağlı verdi.

Melianın dediyinə görə, Qaxarianın istefası bu işin dayandırılması üçün kifayət deyil və müxalifət tərəfindən təcili hərəkət lazımdır.

“Qaxaria ikinci dəfə qan tökülməsinə səbəb olan addım atmaq istəmədi və dəstə üzvləri onun mövqeyi ilə razılaşmadılar.  Cənab Qaxarianın siyasi və insani səhvi 20 iyun gecəsi idi. Onun bugünki istefası isə, göstərir ki, praktiki olaraq, yeni bir qan tökülməsi planlaşdırılır.

İndi partnyorumuz olan səfirlərlə birlikdə müzakirə ediləcək yeganə məsələ yeni seçkilərin keçirilməsidir”, – dedi Nika Melia.