Nika Melia - Azadlığımı itirmək bahasına da olsa, qanunsuzluğa tabe olmaqdan imtina edirəm
“Ölkənin əsas müxalifət partiyasının sədri olaraq, mənə qarşı həyata keçirilən siyasi təqib və siyasi arenadan uzaqlaşdırılma cəhdləri haqqında sizi məlumatlandırmağı çox vacib hesab edirəm, – bu barədə bəyanatı “Milli Hərəkatın” sədri Nika Melia öz Facebook səhifəsində yayır.
Melianın dediyinə görə, ona qarşı başladılan qeyri-qanuni prosesə orkestr şəklində, qanunverici, icraçı və məhkəmə iqtidarları qoşulublar.
Onun dediyinə görə, “Milli Hərəkatın” sədri vəzifəsinə seçildikdən sonra və partiyada köklü islahatların başlamasından sonra, onun siyasi fəaliyyətinin neytrallaşdırılması məsələsi yenidən aktual oldu.
“Məlum olduğu kimi, işğalçı dövlətin nümayəndəsi olan Qavrilovun Gürcüstan parlamentində olmasına gürcü xalqının ağır reaksiyası olmuşdu. İqtidar isə, xalqın səsini eşitmək yerinə, ona qarşı zorakılıq tətbiq etdi. Öz cinayətini gizlətmək üçün isə, hökümət çevrilişi haqqında illyuziyalar yaradıb, məni qrup zorakılığına rəhbərlik etməkdə ittiham etməyə qərar verdilər” – deyir Nika Melia.