Nika Qvaramia - Bir professional olaraq, deyə bilərəm ki, Saakaşvili-Adeişvili telefon söhbətinin audio-yazısı avtentik deyil

Bir professional olaraq, deyə bilərəm ki, Saakaşvili-Adeişvili telefon söhbətinin audio-yazısı avtentik deyil, – bu barədə bəyanatı “Mtavari” kanalının rəhbəri Nika Qvaramia jurnalistlərə verdi.

Qvaramiya qeyd etdi ki, audio-yazıyı yayan mənbə ona inandırıcı gəlmir.

“Gizli audio-yazıyı dinlədim. Orada nədən bəhs edilir, mən nəyi məhv etmişəm, anlaya bilmədim. Bu yazı montaj edilib və anlaşılmır. Onsuz da deyə bilərəm ki, həyatımın əsas məqsədi “Gürcü Arzusu” iqtidarını dəyişməkdir, Gürcüstana demokratik iqtidarın, azad medyanın gəlməsidir və bütün bunlara rəğmən, mənim üçün ən böyük məqsəd insan həyatını qorumaqdır. Hələ ki, o insan iş yoldaşım və ən yaxın dostumdursa” – dedi Nika Qvaramia.

Qvaramianın dediyinə görə, həmin audio-yazının söz-bə-söz montaj edildiyini, ona qulaq asan hərkəs anlaya bilər.

Ukraynanın obozrevatel.com veb-səhifəsi Ukraynada İslahatlar Komitəsinin sədri Mixeil Saakaşvili və Gürcüstanın sabiq baş prokuroru Zurab Adeişvili arasında aparılan telefon söhbətin auidio-yazısını yayır, hansında onlar “Mtavari” kanalının aparıcısı Giorgi Qabuniya haqqında danışırlar.